Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədov Rafiq Yaqub oğlu

Bərdə Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Yevlax şəhəri üzrə)

Məmmədov Rafiq Yaqub oğlu 25 noyabr 1960-cı il tarixində Bərdə rayonda  anadan olub.           1978-ci ildə Bərdə rayonu Əmrli kənd orta məktəbini bitirib . 1979-1981-ci illərdə müddətli hərbi xidmətdə olub. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetini kitabxanaşünaslıq və bibiloqrafiya fakültəsində təhsil alaraq həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.           1986-1998-ci illərdə Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük redaktor, metodist, metodika-biblioqrafiya şöbəsinin müdiri, MKS-in direktor mavini və direktoru vəzifələrində işləyib.           1998-ci ildən 2017-ci ilədək Yevlax şəhər Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində işləyib. Mədəniyyət və Turizm Nazirliyinin 17.01.2014-cü il tarixli 3-k nömrəli əmri ilə Ona 2- ci dərəcə dövlət qulluqcusu ixtisas dərəcəsi verilmişdir. O, 05 yanvar 2017- ci ildə  Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinə məsləhətçi, Yevlax  şəhər nümayəndəsi təyin edilmişdir.           O, 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yevlax şəhərinin ictimai-siyasi və mədəni həyatında uzun illər səmərəli fəaliyyət göstərmişdir. Ailəlidir, 2 övladı var.

Telefon: +994-22-336-49-62

E-poçt: yevlaxmedeniyyet@mail.ru