Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Nabatova Validə Cəbi qızı

Bərdə Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Nabatova Validə Cəbi qızı 01 aprel 1959-cu ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdam rayon Hacıturalı kənd 8-lik məktəbin  birinci sinfinə gedib, 1974-cü ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1974-cü ildə Ağcabədi rayon Boyat kənd orta məktəbinin 9-cu sinfinə gedib, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1978-ci ildə N.K.Krupskaya adına Bakı Mədəni-maarif məktəbinin Klub işçisi, özfəaliyyət dram kollektivinin rəhbəri fakültəsinə daxil olub, 1980-ci ildə həmin məktəbi bitirmişdir. 1981- 86-cı illərdə M A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin klub işinin təşkilatçı metodisti ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə  15 mart 1981-ci ildə Bərdə rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri vəzifəsi ilə başlamışdır.  01 avqust 1981-ci ildən 05 fevral 1987- ci il tarixə kimi Bərdə rayon Mədəniyyət şöbəsində Avtoklub müdiri, 05 fevral 1987-ci ildən 17 mart 1989-cu il tarixə kimi Bərdə rayon Mədəniyyət evinin metodisti, 17 mart 1989-cu il tarixdən 30 iyun 1990-cı il tarixə kimi Bərdə şəhər Mədəniyyət Sarayının direktoru, 30 iyun 1990-cı ildən 09 aprel 2004-cü il tarixə kimi Bərdə rayon Mədəniyyət şöbəsində inspektoru, 09 aprel 2004-cü ildən 01 noyabr 2016- cı il tarixə kimi Bərdə rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 15 yanvar 2017-ci il tarixdən hal-hazıra kimi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçi vəzifəsində işləyir. 30 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı medalı ilə təltif olunmuşdur. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi YAP ərazi ilk partiya təşkilatının sədridir.

Telefon: +994-20-205-03-48