Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mayın 18-də Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Tarix-diyarşünaslıq muzeyi tərəfindən Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi.

17.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Bərdə rayonunda yerləşən Bərdə türbəsininətrafında mədəniyyət işçiləri və rayon ictimaiyyətinin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil edilmiş tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova muzey işçilərini bayram münasibətilə təbrik edib. Bildirmişdir ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə keçirilən Beynəlxalq Muzeylər Gününün məqsədi ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir. Bu bayram xalqlar arasında mədəni mübadilələrə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.

O da vurğulanıb ki, Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Ölkəmizdə ilk muzeyin 1919-cu ilə yaradıldığı qeyd edilərək bildirilmişdir ki, respublikamızda muzey işi özünəməxsus inkişaf yolu keçmişdir.

Tədbirdə bu il ölkəmizdə “Nəsimi” ili elan olunması ilə bağlı olaraq böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr olunmuş kompozisiya, şeirlər səsləndirilib. O cümlədən tarixin özü gədər qədim Bərdə yurdunun tarixi zənginliyi və zamanla apardığı mübarizələr barədə səhnəcik nümayiş olunub. Tədbir mədəniyyət işçiləri tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

 

380.8 KB

 

575.7 KB

 

638 KB