Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Tarix muzeyində 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

18.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Tarix muzeyində 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Nofər Məmmədəliyev açaraq qeyd edib ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Şurası tərəfindən “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi elan olunub. Belə ki, ənənəvi mədəniyyət mərkəzləri olmaqla yanaşı, muzeylər həmçinin öz kolleksiyalarının qorunması və interpretasiyasının yeni yollarını axtarırlar. Onlar həm gələcək nəsillər, həm də müasir auditoriya üçün əhəmiyyətli olacaq yeni muzey ənənələri yaradırlar. Artıq bu gün muzeylər ziyarətçilərin innovativ proqramların iştirakçısı ola biləcəyi interaktiv mərkəzlərə çevrilirlər.

Vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – ötən əsrin 70-80-ci illərində mədəniyyətin və incəsənətin bütün sahələri kimi, milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimiz də inkişaf etmiş, onların şəbəkəsi genişlənmiş, maddi-texniki bazası  möhkəmləndirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə muzey işinə dair yeni bir qərarın qəbulu respublikada muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmış və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdur. Həmin qərardan sonra 1980-1982-ci illərdə respublikanın rayonlarında 30-a qədər yeni muzeylər yaradılmışdır.

Sonda yeni-yeni muzeylər yaratmaq, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə və iş şəraitinin yaxşılaşdırılmasına hərtərəfli qayğı göstərmək ənənəsi ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılaraq bildirilib ki, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” ölkə Prezidentinin 6 mart 2007-ci il tarixli Sərəncamı muzeylərə dövlət qayğısının bariz nümunəsidir.

 

39.2 KB

 

37.5 KB

 

38.7 KB