Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi Yevlax rayonunda yerləşən Malbinəsi kənd uşaq musiqi məktəbində dostluq və əməkdaşlıq görüşündə olub.

20.05.2019

Mədəniyyət müəssisələri arasında mədəni əlaqələrin gücləndirilməsi, daha müasir və effektiv iş prinsipinin qurulması, inkişaf etdirilməsi üçün Bərdə Regional Mədəniyyət İdarəsi müxtəlif layihələr, təkliflər planı hazırlayaraq həyata keçirir. Bu baxımdan artıq ənənə halını almış və regional idarə üzrə bütün mədəniyyət müəssisələrini əhatə edən dostluq və əməkdaşlıq görüşlərinin xüsusi bir əhəmiyyəti vardır. Bu istiqamət üzrə növbəti tədbir Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi ilə regional idarənin tabeliyində olan Yevlax rayon Malbinəsi kənd uşaq musiqi məktəbi arasında baş tutub. Görüş çərçivəsində məktəbin kollektivi bir neçə qrupa bölünərək müxtəlif otaqlarda fənlər üzrə dərslərin tədrisi ilə yaxından tanış olublar. Daha sonra tədbir iştirakçıları Azərbaycan xalqının ölməz şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər və ardınca tədbirin rəsmi hissəsinə start verilib. Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Yevlax şəhəri üzrə nümayəndə Rafiq Məmmədov tədbir iştirakçılarını salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin mahiyyətindən danışıb.

Kətəlparaq kənd uşaq musiqi məktəbinin direktor əvəzi Əlvanə Məmmədova isə öz  çıxışında  belə  tədbirlərin  keçirilməsinin,  musiqi  məktəbləri  ilə  sıx  əməkdaşlıq  əlaqələrinin qurulmasının,  onların  inkişafı,  təhsil  alan  şagirdlərin  mənəvi – estetik  zövqünün  formalaşması  üçün  böyük  əhəmiyyət  kəsb  etdiyini  xüsusi  vurğulayıb.

Sonra tədbirin bədii hissəsinə start verilib. Bədii hissədə Kətəlparaq kənd  uşaq  musiqi  məktəbinin müəllim və şagird kollektivi bir birindən gözəl ifalar səsləndiriblər. Görüş sonda “Qarabağ şikəstəsi”nin ifası və “Qarabağ bizimdir, bizim olacaq!” şüarı ilə ilə sona çatıb.

Qeyd edək ki, bu cür tədbirlərin təşkili regional idarə üzrə mütəmadi olaraq davam etdirilir.

 

290.6 KB

 

253.5 KB

 

237.1 KB