Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsi Bərdə rayonunda keçirilir

21.05.2019

21 May 2019 – cu il tarixində ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin 1-ci mərhələsi Bərdədə keçirilib.

Bərdə Regional Mədəniyyət  idarəsinin tabeliyində olan Bərdə rayon 1 nömrəli uşaq incəsənət məktəbində baş tutan müsabiqədə 3 yaş kateqoriyası üzrə (9-12 yaş, 13-15 yaş, 16-18 yaş) iştirakçılar yarışıb.  Müsabiqədə regional idarənin tabeliyində olan Bərdə, Tərtər rayon, Yevlax,  şəhər uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri iştirak ediblər.

22.05.2019-cu il tarixində Bərdə şəhər 4 nömrəli uşaq –incəsənət məktəbində  baş tutacaq müsabiqədə Mingəçevir şəhər, Ağdam və  Ağcabədi rayon uşaq –incəsənət məktəbləri şagirdləri iştirak edecekdir.

 

3 MB

 

2.7 MB

 

2 MB