Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

22.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Görkəmli şairin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verilərək qeyd olunub ki, Nəsimi yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur.
Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir.  50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə Prezidentinin sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir.

Sonda Nəsiminin qəzəllərindən ibarət “Cahan mənəm”  adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

 

182.5 KB

 

150.9 KB

 

125.8 KB