Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Mərkəzi kitabxana filialının uşaq şöbəsində “Məntiq və maraq” adı altında intellektual bilik yarışması keçirilib

22.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin  Mərkəzi kitabxana filialının uşaq şöbəsində “Məntiq və maraq” adı altında intellektual bilik yarışması keçirilib.

Tədbiri giriş sözü ilə uşaq şöbəsinin müdiri Sevda Süleymanova açaraq qeyd edib ki, İntellektual bilik yarışmalarının keçirilməsi uşaqlarda intellektin, diqqətin daha da inkişafına səbəb olur , onlarda daha məntiqlə düşünmə vərdişlərini aşılayır. Belə tədbirlər uşaqların biliklərinin nümayiş etdirmək üçün bir səbəb olmaqla yanaşı onların özü haqqında biliyinin, intellektual səviyyəsinin hansı səviyyədə olduğunu aşkar etmək imkanı yaradır.

Yarışmada rayon 1, 3, 6, 7 nömrəli  orta məktəb və akademik Zərifə xanım Əliyeva adına məktəb-liseyin II sinif şagirdləri iştirak ediblər.

Sonda vurğulanıb ki,  tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliəyə həvəs oyatmaq, onların kitabxanaya gəlişini təmin etməkdir.

 

65.5 KB

 

60 KB

 

62.7 KB