Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mərkəzi kitabxanasında Yevlax şəhər Polis şöbəsi ilə birgə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

22.05.2019

Baş tutan tədbirdə məktəblilər, müəllimlər, mədəniyyət işçiləri və Hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Tədbirdə çıxışlar olunaraq bildirilibdi  ki, Azərbaycan  Respublikası  müstəqil  dövlət  kimi  sürətlə inkişaf  edərək  qloballaşan  dünyaya  inteqrasiya  olunur.  Bu  inkişaf  əhalinin  yaşam  tərzini  gündən – günə  yaxşılaşdırır. Sərhədlərin  açılması,  insanların  başqa  ölkələrə  getmələrinə, orada  iş  birliyi  qurmalarına  imkan  verir. Bu  gedişlər  müsbət  hadisələrlə  yadda  qaldığı  kimi,  bəzən mənfi  amillərə  də  yol  açır. Sağlam  həyat  tərzinə  mənfi  təsir  göstərən  məsələlər  içərisində  narkotik  vasitələrin  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsi  xüsusi  narahatlıq  yaradır.  Rəsmi  elan  olunmuş  məlumatlara  görə narkotik  vasitələr,  psixotrop  maddələr respublika  ərazisinə  müxtəlif  yollarla  keçirilir. Belə  ki,  Ermənistan  tərəfindən Azərbaycanın  əzəli  və  əbədi  torpağı  olan  Dağlıq  Qarabağ  və  ətraf  rayonların  işğal  olunmuş  ərazilərində  ermənilər  narkotik  bitkilər  becərir,  başqa  ölkələr  vasitəsilə  narkotik  bitkiləri  Azərbaycana  ötürürlər.

Qeyd  olunub ki, bugünkü  görüşün məqsədlərindən biri də  məktəb  yaşlı  uşaqların bu  kimi  pis  vərdişlərdən uzaq tutulması və düzgün məlumatlandırılmasıdır.

Sonra  Yevlax  şəhər Polis  şöbəsinin  rəisi,  polis  polkovniki  Elnur  Mehdiyev çıxışında nəzərə çatdırıb ki, “Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi  və  onun  rayonlar  üzrə  şöbələrinin, bölmələrinin  əməkdaşları  narkotik  vasitələrin  və  psixotrop  maddələrin qanunsuz  dövriyyəsinə  qarşı  çevik  əməliyyatlar  aparırlar. Bu  işlə  qeyri – qanuni  məşğul  olanlar layiqli  cəzalarını  alsalar  da,  bütövlükdə  onun  qarşısının  alınmasında  bir  sıra  problemlər  qalmaqdadır. Cəza  çıxış yolu  deyildir.  Bəs  necə  etmək  lazımdır  ki,  “Ağ  ölüm” gənc  nəsli  məhv  etməsin. Təcrübə  göstərir  ki, az da  olsa  uşaqlar  arasında narkotik  vasitələrdən  və  psixotrop  maddələrdən  istifadəyə  meyllilik  var. Məktəbliləri bu  pis  yollardan necə uzaqlaşdırmaq  olar? Fikrimizcə  bu  işdə bir sistem  və  ardıcıllıq  olmalıdır. Hər  şeydən  əvvəl  problemin  həlli təhsilin  məzmununa  gətirilməlidir. Təhsil  müəssisəsi  ilə  valideyn  arasında  əlaqə  yaradan  sinif  rəhbərlərinin  işi,  bir  sözlə  müəllimlərin  işi  üst – üstə  düşməli və  müasir  dövrün  tələblərinə  cavab  verməlidir”.

Çıxış  üçün  söz  alan  Səfərbərlik  və Hərbi  Xidmətə Çağırış  üzrə  Dövlət  Xidmətinin Yevlax  şəhər  şöbəsinin  rəisi,  mayor  Elməddin  Cəfərov bildirdi ki, “Bu  günün  məktəblisi sabahın  çagırışçısı  deməkdir. Hamımız  yaxşı  bilirik  ki,  torpaqlarımızın  20 % - i nankor  ermənilər  tərəfindən hələ  də  işğal  altındadır. Ona  görə  də  döyüşən  orduya  sağlam və qeyrətli  vətən  oğulları lazımdır.Bu  gün  təşkil  olunan  bu  görüş  üçün bütün  təşkilatçılara  öz  minnətdarlığımı  bildirirəm.  Çünki  bu günkü  mövzu  hamımızı düşündürən bir  mövzudur  və  ümumilikdə  götürsək bu  problem  cəmiyyətin  problemidir. Ona  görə  də hamımız  bir  olub bu problemə  qarşı  birlikdə  mübarizə  aparmalı,  uşaqları,  gəncləri  bu  pis  vərdişlərdən  azad  etməliyik”. 

 

718.2 KB

 

705.6 KB

 

447.1 KB