Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasına hazırlıqla əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəliyində müşavirə keçirilib.

23.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər üzrə Baş məsləhətçisi Şəlalə Sadəddinovanın rəhbərliyi ilə 23.05.2019-cu il tarixində müşavirə keçirilib. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi və bu baxımdan regional idarənin tabeliyində olan Mingəçevir şəhər mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələrə həsr olunmuş müşavirədə sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən daxil olan məktubun icrası ilə əlaqədar regional idarənin rəisi İlyas Hacıyevin tapşırıqları diqqətə çatdırılıb.

Daha sonra Şəlalə Sadəddinova təşrif buyuracaq nümayəndə heyətinin qarşılanması və bu istiqamətdə nəzərdə tutulan proqram və layihələr haqqında söz açıb. Qarşılıqlı müzakirə şəklində davam edən müşavirədə təkliflər dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

 

61.5 KB

 

51.2 KB

 

51.6 KB