Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzi Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib.

23.05.2019

Ölkə prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında Sərəncamlarına əsasən Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil olunur. Regional idarə üzrə Bərdə, Tərtər rayonlarında, Mingəçevir və Yevlax şəhərlərində baş tutan tədbirlərdə Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında imzalandığı Sərəncamın əhəmiyyətindən danışılır, İmadəddin Nəsiminin yaradıcılığına nəzər salınır və bu barədə regional idarə tərəfindən görülmüş işlər diqqətə çatdırılır.

Bu silsilədən olan tədbirlərdən biri də 23.05.2019-cu il tarixində regional idarənin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Çıxış edən rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova bildirib ki, “İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir”.

Sonra tədbirin bədii hissəsinə start verilib. Bədii hissədə mədəniyyət işçiləri şairin poeziyasından nümunələr,  qəzəllərinə həsr olunan ədəbi-bədii kompozisiya və Nəsimi qəzəllərinə həsr olunmuş musiqilər səsləndirilib.

 

285.2 KB

 

275 KB

 

370.2 KB