Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gənclik Gələcəyin Səsi” adlı konsert

06.02.2017

Bu günlərdə müxtəlif idarə və təşkilatlarda olduğu kimi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və İdarənin tabeliyində olan nümayəndəliklərdə də mədəni-kütləvi tədbirlər keçirilməkdədir. Keçirilən silsilə tədbirlər içərisində Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində baş tutan “Gənclik Gələcəyin Səsi” adlı konsert proqramını böyük maraq doğurdu. Konsertdə “Qarabağ” xalq çalğı alətləri ansambılının kollektivi iştirakçılara unudulmaz anlar yaşatdı. Konsert proqramı Bərdə Regional Mədəniyyət və Turimz İdarəsi və Bərdə rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə keçirildi.

 

Tədbirdə iştirak edən gənclərdən Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Fuad Əzizzadə və Yasin Əkbərov maraqlı və rəngarəng ifaları ilə gəncləri təbrik etdi.

 

Bundan başqa Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin rəqs sinifinin şagirdi Rövşanə Əzizovanın ifa etdiyi rəqs nömrəsi alqışlarla qarşılandı.

 

Sonda fəaliyyətinə görə fərqlənən gənclərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

 


Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin filialları da həmçinin, 2 fevral Gənclər Gününü geniş şəkildə qeyd ediblər. Mərkəzin filiallarından olan Bala Göyüşlü kənd xalq yaradıcılığı evi, Böyük göyüşlü kənd folklore klubu, Yeni Əyricə kənd Mədəniyyət evi, Divanlı kənd xalq yaradıcılığı evi, Kələntərli kənd Mədəniyyət evi, Mehdixanlı kənd Folklor evi və digər klub müəssisələri bu tarixi-əlamətdar günün necə yaranmasından və hazırki inkişaf prosesindən geniş məlumat veriblər. Tədbirlər ənənəvi olaraq maraqlı konsertlə yekunlaşıb.

 

Keçirilən tədbirlər içərisində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəlikləri və onalrın tabeliyində olan müəssisələrin xüsusi rolu vardır.

 

Bunlardan Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzi və onun filialları- Şəhər Yaradıcılıq evi, Heydər Əliyev Sarayı və digər Şəhər klub işçilərinin 2 fevral gənclərgünü münasibəti ilə keçirdiyi “Gənclər cəmiyyətin avanqard qüvvəsidir"adlı tədbir proqramını göstərə bilərik.



Tədbir Yevlax şəhər Heydər Əliyev Sarayında əyləncəli verlişlər üçün nəzərdə tutulan xüsusi zalda keçirildi. Tədbirin musiqi çələngini Mədəniyyət Mərkəzinin nəznində fəaliyyət göstərən ”Kür" vokal estrada qrupu təqdim etdi. Tədbir zamanı bir– birini əvəz edən müğənnilər Orxan Əkbərov, Vasif Əsgərov, Rəşad Hüseynov rəngarəng şən mahnılarını tədbir iştirakçılarına ərməğan etdilər. Şəhər “Mədəniyyət evinin direktoru Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev Musa Yaqubun, Cabir Novruzun bir neçə şerini söyləyərək, şəhərin nümunəvi gənclərini təbrik etdi.



Regional İdarənin silsilə tədbirlərindən biri Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Heydər Əliyev Mərkəzində baş tutdu. Heydər Əliyev Mərkəzi və şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Gənclər bizim gələcəyimizdir” adı altında keçirilən dəyirmi masada mədəniyyət sahəsində çalışan fəal gənclər iştirak etdi.

 

Regional İdarənin Tərtər rayon nümayəndəliyində də 2 fevral gənclər günü qeyd olundu. Rayon Mədəniyyət Mərkəzinin və uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə maraqlı və rəngarəng musiqi nömrələri səsləndirildilərək iştirakçıların ruhunu oxşadı.

 

25 KB