Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasına hazırlıqla əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyində müşavirə keçirilib.

23.05.2019

23.05.2019-cu il tarixdə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə Baş məsləhətçisi Ceyhun İsmayılzadənin rəhbərliyi ilə müşavirə keçirilib. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi və bu baxımdan regional idarənin tabeliyində olan Tərtər rayon mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələrə həsr edilmiş müşavirədə sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən daxil olan məktubun icrası ilə bağlı regional idarənin rəisinin tapşırıqları diqqətə çatdırılıb.

Daha sonra Ceyhun İsmayılzadə təşrif buyuracaq nümayəndə heyətinin yüksək səviyyədə qarşılanması və bu istiqamətdə nəzərdə tutulan proqram və layihələrin həyata keçirilməsi haqqında söz açıb. Qarşılıqlı müzakirə şəklində davam edən müşavirədə təkliflər dinlənilərək müvafiq qərarlar qəbul edilib.

Sonda qeyd olunub ki, tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

 

146.8 KB

 

98.5 KB

 

153.5 KB