Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilən dəyirmi masa keçirilib.

23.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Azərbaycan elminin  görkəmli nümayəndəsi, akademik Həmid Araslının  anadan olmasının 110 illik yubileyinə həsr edilən dəyirmi masa keçirilib.

Qeyd olunub ki, Azərbaycan qədim və orta əsrlər, Azərbaycan ədəbiyyatı Nəsimi, Kişvəri, Əmani, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani, Vaqif, Vidadi haqqında tədqiqat əsərlərinin müəllifidir. Nizami və Füzuli irsinin öyrənilməsində xüsusi ilə mühim işlər görmüşdür. Azərbaycan folklorunun, "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanları və aşıq yaradıcılığının tədqiqi ilə də məşqul olmuşdur. "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", "Azərbaycan ədəbiyyatı tarixi"nin əsas müəlliflərindəndir. Azərbaycan ədəbiyyatının fars, türk, özbək, türkmən ədəbiyyatları ilə əlaqəsinə dair əsərləri var. Xətai, Nəsimi, Qövsi, Vaqif, Vidadi, Füzuli əsərlərinin tərtibçisi və redaktorudur. Orta və ali məktəblər üçün dərsliklər yazmışdır.

Sonda vurğulanıb ki, elmi kadrların hazırlanmasında mühüm xidməti olmuş Həmid Araslı "Şərəf nişanı" orden və medallarla təltif olunmuşdur.

 

659.4 KB

 

1.7 MB

 

1.8 MB