Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyində 28 May Respublika Günü ilə əlaqədar “Şərqdə ilk demokratik Respublika”adlı tədbir keçirilib.

24.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyində 28 May Respublika Günü  ilə əlaqədar “Şərqdə ilk demokratik Respublika”adlı tədbir keçirilib.

Tədbir iştirakçılarına Azərbaycan Xalq Cumhuriyyətinin yaranması , gördüyü işlər haqqında geniş məlumat verilərək qeyd olunub ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti-müsəlman Şərqində ilk dünyavi demokratik dövlət yaradıldı.

Sonda diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir

 

548.5 KB

 

463.3 KB

 

436.4 KB