Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli şəhər klubunda 28 May Respublika Günü ilə əlaqədar “Çiçəklənən Azərbaycan” başlıqlı tədbir keçirilib

24.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli şəhər klubunda 28 May Respublika Günü  ilə əlaqədar “Çiçəklənən Azərbaycan” başlıqlı tədbir keçirilib.

Diqqətə çatdırılıb ki, xalqımız ötən əsrin əvvəllərində vətənpərvər oğullarımızın apardığı mübarizənin nəticəsi kimi qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə fəxr edir. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz iz buraxmışdır. 28 may 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Rusiyada möhkəmlənən sovet hakimiyyəti Bakıya dəfələrlə nota göndərərək bu hakimiyyətə tabe olmağı tələb etsə də ölkəmizin parlamenti tərəfindən rədd edilmişdir. Rədd cavabı bolşevik dövlətinin Azərbaycana hərbi müdaxiləsi üçün bəhanə olmuşdur. XI sovet rus ordusu hərbi müdaxiləyə başlamış və Azərbaycanın müstəqilliyinə son qoyulmuşdur.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etmişdir.

Çıxışlarda qeyd olunub ki,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmışdır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

 

178 KB

 

149.3 KB

 

129.6 KB