Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi müşavirələr təşkil edir

25.01.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklər və onların müəssisələri ilə birlikdə müşavirələr təşkil edir.


Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı ilk günlərdən etibarən regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri ilə sıx-sıx görüşlər təşkil edir. Bu dəfə isə belə görüşlərdən biri Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində baş tutdu. Müşavirə Regional idarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə keçirildi.


Müşavirədə Tərtər rayon nümayəndəliyinin mədəniyyət və turizm sahəsində çalışan əməkdaşları iştirak edirdi.


Müşavirəni giriş sözü ilə açan Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ilk öncə tədbir iştirakçılarını salamlayaraq öz çıxışına başladı.


İlyas Hacıyev ölkəmizdə son dövrlərdə mədəniyyət və turizm sahəsində aparılan məqsədyönlü struktur dəyişkənliyindən geniş şəkildə söz açaraq bu sahədə ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin göstərdiyi diqqət və qayğıdan geniş şəkildə bəhs etdi. İlyas Hacıyev öz çıxışında onu da vurğuladı ki, :-“ 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi mədəniyyət və turizm sahəsində çalışan əməkdaşların məsuliyyətini daha da artırır.”


Bundan əlavə İlyas Hacıyev bildirdi ki, "İslam Həmrəylik İli" çərçivəsində mədəniyyət və turizm sahəsində əsaslı işlər görüləcəkdir. O həmçinin qeyd etdi ki ,:- “Biz öz həmrəyliyimiz ilə bütün islam ölkələri içərisində həmişə seçilmişik və bundan sonra da seçiləcəyik”.


Bundan başqa digər istiqamətlərə də toxunan idarənin rəisi İlyas Hacıyev ön cəbhə olaraq Tərtər əhalisinin və mədəniyyət işçilərinin “Aprel döyüşləri” zamanı qəhrəmanlıqlarını xüsusi ilə diqqətə çatdırdı. Onların bu qəhrəmanlıq və vətənpərvərliklərini alqışladı və vurğuladı ki, :- “insanlar arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi istiqamətində durmadan səylər gostərilməlidir. Ölkə rəhbərinin hərb sahəsində yürütdüyü siyasətə mədəniyyət işçiləri də dəstək olmalıdılar.”


Bununla yanaşı idarə rəisi İlyas Hacıyev ölkə prezidenti İlham Əliyevin xanımı Meriban Əliyevayla bu bölgəyə səfərindən və səfər çərçivəsində işğalçı ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərdə olmasından, yerli şəraitlə tanış olmasından, bu binaların tezliklə bərpa edilərək əvvəlkindən də gözəl bir hala gətirilməsindən söz açdı.


Daha sonra qarşıda duran məsələlərdən mədəniyyət müəssisələrində nizam – intizamın təşkilindən, təşkil olunmaqda olan müsabiqə və festivallarda yüksək səviyyədə təmsil olunmaqdan, regionun turizm potensialının yüksəldilməsi və turistlərə göstərə bilinəcək mədəni xidmətlərin daha da artırılmasıdan geniş müzakirələr aparıldı. Həmçinin Gənclər günü, Xocalı soyqırımı günü, Beynəlxalq Qadınlar günü, Novruz bayramı və Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlərin təşkil olunması ilə bağlı göstəriş və tapşırıqlar çatdırıldı.  
Bundan başqa müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəsinin baş məsləhətçi Gündüz Mürsəlov çıxışında Regional İdarənin Tərtər nümayəndəliyi adından qarşıda duran məsələlərin həyata keçirilməsi üçün daha da səylə çalışacaqlarını bildirdi.
Müşavirədə fəaliyyət sahələrində fərqlənən qabaqcıl mədəniyyət işçilərinin işi təqdir olundu, eyni zamanda yol verilən nöqsanlardan da ətraflı danışıldı.


Sonda tədbir iştirakçılarının qarşıda duran vəzifələrlə bağlı rəy və təklifləri dinlənib, qarşılıqlı müzakirələr aparılıb.

 

 

28.6 KB