Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin “20 Yanvar” faciəsinin il dönümü ilə əlaqədar keçirdiyi silsilə tədbirlər davam edir

20.01.2017

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr tarixə Qanlı 20 Yanvar hadisələri kimi həkk olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib. 

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozuldu, Azərbaycan Respublikasının suveren hüquqları tapdalandı. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.

Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. 

Ulu öndər Heydər Əliyev xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.

Xalqımız və şanlı dövlətimiz bu qanlı tarixi keçmişi unutmur. Bütün bunları nəzərə alaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və idarənin tabeliyində olan bütün müəssisələr 20 yanvar faciəsinin 27-ci ildönümünü silsilə tədbirlərlə yad edir. Belə ki, bu tədbirlərdən biri Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində Bərdə Dövlət Rəsm Qalereyası ilə birlikdə “Unudulmazlar” adı altında təşkil olunmuş tədbir oldu. Təşkil olunan tədbirdə adlarını tarixə qanları ilə yazan qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən Bərdə rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru əvəzi Mehriban Əliyeva “Qanlı Yanvar” hadisələrindən geniş söz açaraq bildirdi ki, biz heç bir zaman öz keçmişimizi unuda bilmərik və bundan sonra da gələcək nəsillərə bu tarixi həqiqətləri çatdıracağıq. Daha sonra çıxış edən Bərdə Dövlət Rəsm Qalereyasının direktoru Səbuhi Qasımov zamanla xalqımızın başına gətirilmiş müsibətlərdən və xalqımızın bu müsibətlərdən böyük dözüm və rəşadətlə çıxmasından söz açdı. Tədbirin sonunda uşaq incəsənət məktəbinin şagirdlərinin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm sərgisi nümayiş olundu.

Bundan başqa təşkil onunan tədbirlərdən biri də Bərdə şəhər Mədəniyyət Sarayında baş tutdu. Tədbir öncəsi Mədəniyyət Sarayının giriş hissəsində 20 yanvar şəhidlərinə həsr olunmuş sərgi-kompozisiya təqdim olundu. Şəhər Mədəniyyət Sarayının direktoru Natella Rəsulzadə bugünkü azadlığımızın qazanılmasında 20 yanvar şəhidlərinin müstəsna rolu olmasından söz açaraq onların ruhu qarşısında baş əydiyini söylədi. Tədbirdə çıxış edənlərdən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova gənc nəsilləri torpağını, elini, obasını sevməyi, yeri gəlsə torpaq üçün candan belə keçməyə hazır olmağa çağırdı.

Silsilə tədbirlərdən Bərdə rayon Mədəniyyət Mərkəzin keçirdiyi tədbirlər də xüsusi diqqət çəkir. Mərkəzdə fəaliyyət göstərən “Təsvir-incəsənət dərnəyi üzvlərinin 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Vətən Şəhidləri ilə ucalır” adlı rəsm əsərlərindən ibarət sərgi, “20 Yanvar- Unutmadıq, Unutmayacağıq” başlığı ilə ədəbi-bədii kompozisiya təşkil olundu. Həmçinin “Azadlıq toxumu səpdi şəhidlər” adlı kompozisiya təşkil edən Mədəniyyət Mərkəzinin işçiləri Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” kimi daxil olan 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə Qərənfillər düzdülər və bir dəqiqəlik sükutla şəhidlərimizin ölməz ruhlarını yad etdilər.

Anım tədbirləri təkcə Bərdə rayon Mədəniyyət Mərkəzində deyil, Mərkəzin filiallarında da qeyd edilir. Bunlardan Divanlı kənd xalq yaradıcılığı evi, Otuz İkilər kənd Mədəniyyət evi, Vəliuşağı kənd Mədəniyyət evi, 1 nömrəli Mollalı kənd folklor klubu, Gərənə kənd folklor klubu, Qaraqoyunlu kənd Mədəniyyət evi, Qarayusifli kənd klubu, Kolayır kənd xalq yaradıcılığı evi, Xəsilli kənd Mədəniyyət evi və digərlərinin adların çəkə bilərik.

Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və sistemin filialları da həmçinin 20 yanvar hadisələrini anım tədbirləri ilə qeyd edirlər. Bu tədbirlərdən biri Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanasında baş tutmuş 20 Yanvar Ümumxalq Hüzn gününün 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Tariximizin qanlı və şanlı səhifəsi” adlı altında təşkil olunmuş anım tədbiri idi. 

Tədbirdə Bərdə rayon İdarəetmə və Texnologiya kollecinin tələbələri, rayon ziyallıları və fəal oxucular iştirak etdi. Tədbiri MKS-nin direktoru Havva Mirzəyeva açdı və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O çıxışında bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin təzahürü idi.
Təşkil olunan tədbirlərin bir qismi isə Bərdə rayonunda yerləşən uşaq musiqi və incəsənət məktəblərinin təşkil etdikləri tədbirdir. Bunlardan şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbləri, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, həmçinin Divanlı, Kolayır və Kətəlparaq kənd uşaq musiqi məktəblərinin təşkil etdikləri anım tədbirlərini nümunə olaraq göstərə bilərik. Tədbirlərdə vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhu böyük hörmətlə anıldı.
20 Yanvar hadisələri ilə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyinin tabeliyində olan Tərtər rayon MKS şəhər və kənd filiallarında silsilə tədbirlər təşkil etdi. “20 Yanvar Xalqımızın qan yaddaşıdır” başlığı altında sərgilər, foto-sərgilər tərtib edilib, faciəni özündə əks etdirən məruzə, mühazirələr oxunulub, dəyirmi masalar təşkil olunub və söhbətlər aparılıbdır. Keçirilən tədbirlərdə 20 Yanvar hadisələrinin iştirakçıları da iştirak edib. Onlar müdhiş gecədə xalqımızın başına gətirilmiş müsibətlərdən öz xatirələrini danışıblar.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində də 20 Yanvar faciəsinin 27-ci ildönümü yad edilib. Tədbirdə 20 Yanvar hadisələri zamanı ulu öndər Heydər Əliyevin tutduğu mövqe və etirazlarından geniş söz açılaraq hörmətlə anılıb. Həmçinin tədbirdə məktəbli şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təşkil olunub.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyinin tabeliyində olan Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində də həmçinin 20 Yanvar şəhidləri dərin hörmətlə yad edilib. Keçirilən tədbirdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən, Ulu öndər Heydər Əliyevin faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etməsindən və digər qəhrəmancasına atdığı addımlardan geniş söz açılıb.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyinin tabeliyində olan Tərtər rayon Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq tədbirlər planı hazırlayaraq “Şəhidlər unudulmur”, “Başını dik tut Vətən”, “Azadlıq Şəhidləri”, “20 Yanvar – Vətənin Azadlıq çağırışı” və digər mövzularda tədbilər keçirdi.
Tədbirlərdə Mədəniyyət Mərkəzinin hazırladığı geniş ədəbi-bədii kompozisiyalar tamaşaçılar qarşısında nümayiş etdirildi. Həmçinin Mədəniyyət Mərkəzinin filialları olan Qapanlı, Evoğlu, Dəmirçilər, Umudlu kənd mədəniyyət evlərində, Söylən, Əksipara, Bəyim Sarov kənd klub müəssisələrində və digər müəssisələrdə 20 Yanvar faciəsinin anım tədbirləri keçirilibdir.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyinin tabeliyində olan Tərtər rayon uşaq musiqi məktəbində də 20 Yanvar hadisələrinin 27-ci il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək dərin hörmətlə anıldı. Tədbirdə çıxışlar edilərək tarixi həqiqətlər iştırakçıların diqqətinə çatdırıldı.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi tədbirlərin sırasında Mingəçevir şəhər nümayəndəliyinində xüsusi rolu vardır.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzi, Mədəniyyət Mərkəzinin S.Vurğun adına mədəniyyət filialı, N.Nərimanov adına mədəniyyət fililalı, Sənətkarlıq filialı, Xalq musiqisi filialı, Xalq yaradıcılığı filialı 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət ebid. Sonra “Qar üstünə qan yağırdı” başlıqda ədəbi-bədii kompozisiya təşkil edilib. 
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan F.Qasımov adına Uşaq İncəsənət məktəbində məktəbin Rəssamlıq şöbəsi şagirdlərinin iştirakı ilə “Qanlı yanvar” adlı rəsm sərgisi keçirilib. Sərgidə “Bakı gecəsi”,”Faciə günü”,”Qadınların göz yaşı”,”Ana fəryadı” və sair rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəsi Şəlalə Sadəddinova , məktəbin direktoru Etibar Əliyev, müəllimlər və məktəbdə təhsil alan şagirdlərin valideyinləri iştirak ediblər.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Xalqımızın Qəhrəmanlıq Səhifəsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir öncəsi Mərkəzin rəsm studiyasının istedadlı şagirldərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Mərkəzin direktoru B.Mustafayev tədbir iştirakıçılarını salamlayaraq mözuyla bağlı öz fikirlərini bildirdi. Bundan başqa tədbir iştirakıçılarına 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olundu. Tədbirdə Mədəniyyət müəssisələrinin fəal gəncləri, həmçinin şəhərin digər idarə-müəssisə və təşkilatılarıın gəncləri iştirak edərək mövzuyla bağlı öz fikirlərini bildirdilər.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Mingəçevir şəhər Rəsm Qalereyasında “20 Yanvar Şəhidlərinin Xatirəsinə” başlığı altında sərgi təşkil edildi. Sərgidə şəhər məktəblilərinin əl işləri, “Qanlı Yanvar” gecəsini əks etdirən foto şəkillər və stendlər nümayiş olundu. Sərginin açılışında şəhər ictimaiyyəti, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər. Sərgidə həmçinin məktəbli uşaqların hazırladığı kompozisiya nümayiş olunub.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan M.P.Vaqif adına Mərkəzi Kitabxanada Ümumxalq hüzün günü ilə əlaqədar “Tarixin qan yaddaşı” başlığı altında sərgi və “Şəhid qərənfil” mövzusunda kompozisiya təşkil olundu. Tədbirdə “20 Yanvar Tarixin qan yaddaşı” başlığı altında slayd nümayiş olundu. Tədbirdə kitabxana işçiləri, kitabxananın fəal oxucuları və mədəniyyət işçiləri iştirak ediblər. 
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində “Şəhidlər ölmür” başlığı altında sərgi və ədəbi-bədii kompozisiya təşkil olundu.
Tədbir öncəsi 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildi. Daha sonra məktəbin şagirdlərinin hazırladıqları “Şəhidlər ölmür” başlığı altında ədəbi –bədii kompazisiya nümayiş etdirildi. Tədbirdə mədəniyyət işçiləri, məktəbin müəllim kollektivi, şagirdləri və valideynlər iştirak etdi.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində ”Qanlı şənbə gecəsi” adlı ədəbi - bədii kompozisiya keçirildi. Kompozisiyada məktəbin müəllim və şagirdləri yaxından iştirak etdi. Şagirdlərin ifasında Şəhidlərə həsr olunmuş şeirlər, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edildi.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Yevlax Şəhər Mədəniyyət Mərkəzi Heydər Əliyev Sarayı ilə birgə Qanlı 20 Yanvar Faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbir təşkil etdi. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin Direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev Abbas Səhətin “Vətən” şeiri ilə açdı. 
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax üzrə nümayəndəsi - baş məsləhətçi Rafiq Məmmədov çıxış edərək qeyd etdi ki, “Bu gün Xalqımız bu faciədə həyatdan köçmüş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların Şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və Torpaq Şəhidləri ilə ucalır.
Daha sonra şəhər Yaradıcılıq Evinin direktoru Respublikanın Əməkdar Mədəniyyət işçisi Zöhrə Adıgözəlova çıxış edərək ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı bəyanatından geniş söz açdı.

 

35 KB