Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdədə 20 yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

19.01.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 20 yanvar faciəsi ilə bağlı silsilə tədbirlərə start verdi. Qəhrəmanlıq və qan yaddaşımızın unudulmaması üçün təşkil olunan tədbirlər geniş şəkildə keçirilməkdə davam etməkdədir.

 

Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaqlara xidmət şöbəsində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq keçirilmiş “20 yanvar faciəsi uşaqların gözü ilə” adı altında rəsm müsabiqəsi idi.

 

Tədbirdə “Bərdə ”qəzetinin məsul işçisi Şükufə Əliyeva, şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm müəllimi Rəşad Hüseynov, Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov, Şəhər 1 nömrəli , 3 nömrəli , 5 nömrəli, 7 nömrəli orta məktəbin müəllim və şagird heyəti, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi.

 

Tədbiri giriş sözü ilə Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaqlara Xidmət şöbəsinin müdiri Sevda Süleymanova açaraq tədbir iştirakçılarını salamladı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra S.Süleymanova 20 yanvar faciəsini bir daha yada salaraq qeyd etdi ki, bu faciə Azərbaycan xalqının hüzn və eyni zamanda şərəf günüdür.

 

Sonra çıxış üçün söz jurnalist Şükufə Əliyevaya verildi. O qanlı yanvar faciəsi baş verdiyi 20 yanvar gecəsini necə xatırladığı haqqında danışdı. Həmin gecə keçirdiyi hisslərindən söhbət açaraq söylədi ki, bu hadisələrdə vətənin oğul və qızlarının necə bir qəhrəman olduğunun şahidi oldum.

 

Daha sonra MKS-nin direktoru Havva Mirzəyeva çıxış edərək 20 yanvar faciəsi xalqımızın tarixində ən qanlı səhifələrindən biri olduğunu söylədi. O, qeyd etdi ki, bu faciə yox, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin ən uca nöqtəsi idi. Bu cür tədbirlərin keçirilməsində məqsəd xalqımızın başına gələn müsibətləri bu günki gənc nəsillərə düzgün olaraq çatdırmaq və onlardan sonra gələn nəsillərə ötürməkdir.

 

Söz 5 nömrəli orta məktəbin VI sinif şagirdlərinə verildi. Onlar 20 yanvar faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı təqdim etdilər.

 

Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir. Məktəblilər 20 yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərini nümayiş etdirdilər. 1 nömrəli orta məktəbin IX sinif şagirdi Nigar Orucova I yer, Şəhər 3 nömrəli orta məktəbin VII sinif şagirdi Fərid Məcidov II yer, Şəhər 5 nömrəli orta məktəbin VI sinif şagirdi Aytac Hacıyeva III yerə layiq görüldü.

 

28.4 KB