Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 28 May Respublika Günü ilə əlaqədar tədbir keçirilib.

29.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 28 May Respublika Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə müsəlman şərqində ilk dəfə müstəqli dövlət olaraq yaranmış və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olmuşdur.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. 

Sonda vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü  Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

Sonda Respublika Gününə həsr edilmiş ədəbi kompozisiya nümayiş olunub.

 

107 KB

 

101.5 KB

 

79.4 KB