Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində 28 May Respublika Günü ilə əlaqədar “Açıq dərs” keçirilib.

29.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində 28 May   Respublika Günü ilə əlaqədar “Açıq dərs” keçirilib.

“Açıq dərs” formasında təşkil olunmuş tədbirdə məktəblilərə Respublika Günü  haqqında geniş məlumat verilərək bildirilib ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir.

Sonda məktəblilərə Azərbaycanda dövlət müstəqilliyinin bərpası, onun qorunub saxlanılması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin fəaliyyəti və əbədi rəhbərimizin siyasi kursunun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilməsi haqqında geniş məlumat verilib. 

Sonda  Respublika Gününə həsr edilmiş ədəbi şeirlər səsləndirilib.

 

192.7 KB

 

205.1 KB

 

200.3 KB