Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevirdə 28 May Respublika Günü münasibətilə tədbir-konsert keçirilib.

29.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər nümayəndəliyində 28 May Respublika Günü münasibətilə tədbir-konsert keçirilib.

Əvvəlcə tədbir iştirakçılarına Xalq Cümhuriyyəti haqqında geniş məlumat verilərək  Cümhuriyyətin tarixinin təbliğində qısa müddətdə böyük işlərin görüldüyünü önə çəkilib: “Ulu öndər Heydər Əliyev hər zaman Xalq Cümhuriyyətini quran insanlara qarşı hörmət və ehtiram nümayiş etdirib. Müstəqillik dövründə AXC ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Çünki demokratik dövlət modelini Şərqə məhz Xalq Cümuhuriyyəti təqdim edib. O baxımdan Xalq Cümhuriyyətinin dövründə görülən işləri, alınan qərarları milli dövlətçilik tariximizdə bünövrə də adlandırmaq olar. XX əsrin sonlarında içimizdəki azadlıq, milli düşüncə məhz Xalq Cümhuriyyəti dövründən bizə qədər qorunub saxlanan bir dəyər idi. Amma tarix bir daha göstərdi ki, müstəqilliyi qoruyub yaşatmaq üçün yalnız ziyalı olmaq kifayət etmir. Onun üçün xalqın önündə əsl ictimai-siyasi xadim, lider olmalıdır. Bu lider isə Ulu öndər Heydər Əliyev idi. Ulu öndər hər bir işdə xalqına arxalanırdı, xalqa əsl reallığı göstərirdi. Çətin günlərdə məhz xalqı ayağa qalxmağa çağırdı. Bu bir daha xalqla lider arasındakı bağlılıqdan xəbər verirdi. Ona görə də, biz hər zaman müstəqil dövlətimizin yaşaması üçün Ulu öndərimiz Heydər Əliyevə borcluyuq”.

Sonda qeyd olunub ki, Xalq Cümhuriyyətini quran şəxslərə qarşı hörmət və ehtiram bu gündə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildə “İstiqlal” abidəsinin açılışını etdi. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə 

 

674.4 KB

 

652.4 KB

 

692.1 KB