Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS -nin İmamqulubəyli kənd kitabxana filialı Respublika Günü münasibətilə ”28 may- Respublika günüdür” adı altında dəyirmi masa təşkil etmişdir.

29.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS -nin İmamqulubəyli kənd kitabxana filialı Respublika Günü münasibətilə "28 may- Respublika günüdür" adı altında dəyirmi masa təşkil etmişdir.

Qeyd olunub ki, şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirmişdir.Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Azərbaycanın bayrağını 23 ay dünyanın böyük dövlətlətində dalğalandıran, məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu. 

Sonda bildirilib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

 

48.6 KB

 

65.1 KB

 

55.7 KB