Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon 3 nömrəli Uşaq musiqi məktəbində 28 May Respublika Günü ilə əlaqədar tədbir keçirilib.

30.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon 3 nömrəli Uşaq musiqi məktəbində 28 May Respublika Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Fəqani Əliyev açaraq qeyd edib ki, Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu. Şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənir və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və s. ədiblərimiz öz əsərlərilə milli ruhun oyanmasına kömək edirdilər.

O, vurğulayıb ki, müstəqillik dövründə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli həm publisistika, həm də musiqi sahəsində əzmlə çalışırdı. O, 1919-cu ildə Əhməd Cavadın sözlərinə “Azərbaycan” adlı marş bəstələdi. O zamanlar bu marş hər səhər hərbi məktəblərdə dərs başlanmamışdan əvvəl oxunardı. Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edildi.

Sonda diqqətə çatdırılıb ki, Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi ulu öndər Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm də müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi böyük inkişaf siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilib.

Tədbir məktəb kollektivi tərəfindən hazırlanmış ədəbi kompozisiya ilə davam edib.

 

110 KB

 

107.4 KB

 

101.5 KB