Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Kətəlparaq kənd Folklor evi filialında fəaliyyət göstərən “Hakışda” rəqs qrupu bu mədəni irsin qorunub saxlanması və gələcək nəslə çatdırılıması istiqamətində müstəsna əhəmiyyət daşıyır

30.05.2019

Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub.

Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin - folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.

Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə əks etdirir.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin Kətəlparaq kənd Folklor evi filialında fəaliyyət göstərən “Hakışda” rəqs qrupu bu mədəni irsin qorunub saxlanması və gələcək nəslə çatdırılıması istiqamətində müstəsna əhəmiyyət daşıyır.

 

799.3 KB

 

834.2 KB

 

869.8 KB