Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar bizim sabahımızdır” adlı tədbir keçirilib.

30.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Heydər Əliyev Mərkəzində 1 İyun Uşaqların  Beynəlxalq  Müdafiəsi gününə həsr olunmuş  “Uşaqlar  bizim sabahımızdır”  adlı tədbir keçirilib.

Qeyd olunub ki, Respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına həssaslıqla yanaşılır, bu istiqamətdə ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur. Bölgələrdə istifadəyə verilən və güclü maddi-texniki bazaya malik müasir təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına şərait yaradıb, eyni zamanda, uşaqların təhsili ilə yanaşı, onların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması istiqamətində də tədbirlər görülüb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi də diqqət mərkəzində saxlanılır.

 

Sonda məktəblilər ifa etdikləri rəqslərlə, söylədikləri şeirlərlə tədbirə rəng qatdılar.

  

 

82.2 KB

 

98.7 KB

 

95.1 KB