Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Kətəlparaq kənd kitabxana filialında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

30.05.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin Kətəlparaq kənd kitabxana filialında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında tədbir iştirakçılarına geniş məlumat verilərək bildirilib ki, Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.

Sonda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Tədbir kitabxanın fəal oxucuları tərəfindən Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş ədəbi kompozisiya nümayiş olunub.

 

66.2 KB

 

57.6 KB

 

50.7 KB