Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, publisist Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

03.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, publisist Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Şəlalə Əliyeva Xalq şairi Vaqif Səmədoğlunun  həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Ətrabə Süleymanova, Ulduzə Qurbanova, Kifayət Cavadova, Almaz Həsənova, Lalə Səfərli və b. çıxışlarında bildirdilər ki, Şairin “Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotoreya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” pyesləri Bakı, Naxçıvan, Şəki Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuşdur. İlk dəfə dramaturq kimi “Bəxt üzüyü” tamaşası ilə tanınmış və böyük şöhrət qazanmışdır.

Sonda “Vaqif Səmədoğlu-80” başlıqlı sərgi tərtib edilib və nümayiş olunub.

 

1.8 MB

 

1.9 MB

 

1.6 MB