Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Divanlı kənd Uşaq musiqi məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

03.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Divanlı kənd Uşaq musiqi məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Çıxışlarda uşaqlara ölkəmizdə göstərilən dövlət qayğısından, onların maariflənməsi istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Daha sonra tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert proqramı ilə davam edib.

 

191.7 KB

 

182.7 KB

 

333.8 KB