Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir-konsert keçirilib.

03.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir-konsert  keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Esmira Hidayətova Ulu Öndər tərəfindən uşaqlara diqqət və qayğı daima dövlətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir.

Daha sonra tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert proqramı ilə davam edib.

 

248.7 KB

 

320 KB

 

358.3 KB