Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Şatırlı kənd kitabxana filialı 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə ”Uşaqlara qayğı gələcəyə qayğıdır” adlı ədəbi-bədii kompozisiya təşkil edib.

04.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin Şatırlı kənd kitabxana filialı 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Uşaqlara qayğı gələcəyə qayğıdır" adlı ədəbi- bədii kompozisiya təşkil edib. 
 

Tədbiri kitabxananın müdiri Nəzakət Quliyeva açaraq qeyd edib ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
 

Vurğulanıb ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir.

Sonda tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

 

294.7 KB

 

138.7 KB

 

341.2 KB