Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Heydər Əliyev mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq Qapı” günləri təşkil edib.

04.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq Qapı” günləri təşkil edib.

Mərkəzin bu dəfəki qonaqları şəhər 1, 7 və 10 nömrəli məktəbin şagirdləri olub.

ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.

Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilmiş və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etmiş, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

 

501.1 KB

 

494.2 KB

 

363.5 KB