Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Böyük Göyüşlü kənd kitabxana filialı 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə ”Uşaqları müdafiə etmək borcumuzdur” adlı tədbir keçirib.

04.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin Böyük Göyüşlü kənd kitabxana filialı 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Uşaqları müdafiə etmək borcumuzdur" adlı tədbir keçirib. 

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Yeganə Məmmədova açaraq qeyd edib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.

Sonda vurğulanıb ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir.

 

 

56.8 KB

 

44 KB

 

50.8 KB