Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Heydər Əliyev adına park-bulvar kompleksində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin təşkilatçılığı ilə Oxu Bayramı geniş şəkildə qeyd olunub.

07.06.2019

Ümummilli lider Heydər Əliyev dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanalar xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyidir.

Bu fikirlər Bərdədə keçirilən Oxu Bayramında səsləndirilib.

Tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağı olan hər kəsin, xüsusilə yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Tədbir zamanı  müxtəlif mövzularda təşkil olunan kitab sərgiləri, MKS – nin mərkəzi kitabxanasının rəsm və bacarıqlı əllər dərnəklərinin əl işlərindən ibarət sərgiləri, fəal oxucuların  rəsm sərgiləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən regional idarənin rəis müavini Validə Nabatova qeyd edib ki, kitablar kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən sirli bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola işıq salır. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib. 

Tədbirdə, həmçinin dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması, şairin qəzəllərinin ifa edilməsi iştirakçıların marağına səbəb olub.

Həmçinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş Oxu müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş geniş konsert proqramı ilə davam edib.

 

595.6 KB

 

974.7 KB

 

458.9 KB