Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhərində “Gənc pianoçuların IV Respublika müsabiqəsi”nin I mərhələsi keçirilib

07.06.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların peşəkar inkişafının sürətləndirilməsi və dəstəklənməsi, eyni zamanda müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə “Gənc pianoçuların IV Respublika müsabiqəsi” keçirilir.

30-31 may tarixində Yevlax şəhərində  təşkil olunan “Gənc pianoçuların IV Respublika müsabiqəsi”nin I mərhələsində Mingəçevir şəhər, Goranboy rayon, Yevlax, Kürdəmir, Tərtər, Ucar, Zərdab, Bərdə, Beyləqan, Naftalan, Ağcabədi, Ağdaş, Kəlbəcər, Ağdam, Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqənin münsiflər heyətinə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Məmməd Quliyev, Bakı Musiqi Akademiyasının dosenti Tofiq Bədirxanov və Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov kimi mütəxəssislər daxildir.

Qeyd edək ki, sözü gedən müsabiqə 2 turdan ibarətdir. Qiymətləndirmənin nəticələrinə əsasən münsiflər heyətinin qərarı ilə seçilən piano ifaçıları müsabiqənin Bakı şəhərində keçiriləcək II mərhələsində iştirak etmək hüququ qazanıb.

 

230.1 KB

 

249.2 KB

 

236.5 KB