Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Heydər Əliyev və Azərbaycan”

07.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 5 nömrəli məktəbdə Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda muhazirə keçirib.

Qeyd olunub ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda mühazirələrin keçirilməsinin əsas məqsədi Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır. 

Sonda vurğulanıb ki, məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyan bu mühazirələr şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

 

99.1 KB

 

113.8 KB

 

98 KB