Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Əmirli kənd Folklor klubu filialında dahi Azərbaycan şairi İmadədin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

07.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin Əmirli kənd Folklor klubu filialında dahi Azərbaycan şairi İmadədin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldılıb. Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri - Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb.

Həmçinin çıxış edənlər İmadəddin Nəsiminin Azərbaycan ədəbi dilinin zənginləşdirilməsi və saflaşdırılmasında xidmətlərindən danışaraq, mütəfəkkir-şairin əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirdiyini, öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olduğunu bildiriblər.

Sonda “Nəsimi-650” başlıqlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

310.1 KB

 

265.1 KB

 

285.7 KB