Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“15 İyun - Qurtuluşun zəfər günü”

11.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin Mirzalıbəyli kənd folklor klubu Qaraməmmədli kənd folklor klubu ilə birlikdə Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun - Qurtuluşun zəfər günü” başlıqlı tədbir keçirilib.

Tədbirdə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışılaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edilib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyi və Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyi, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məktəblilər tərəfindən hazırlanmış musiqili və bədii səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

 

186.1 KB

 

215.2 KB

 

240.1 KB