Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ”15 iyun - Milli Qurtuluş Günü” ilə əlaqədar şəhər 2 nömrəli məktəbdə olublar.

12.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları "15 iyun - Milli Qurtuluş günü" ilə əlaqədar şəhər 2 nömrəli məktəbdə olublar. Mərkəz əməkdaşları "Müstəqilliyimizin xilaskarı" adlı mühazirə söyləyib, şagirdlərin suallarını cavablandıriblar.

Diqqətə çatdırılıb ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Sonda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 

181.7 KB

 

155.7 KB

 

142 KB