Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Azadlığa qovuşan Azərbaycan” adı altında ədəbi-bədii kompozisiya keçirilib.

12.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər  Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində  “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə  “Azadlığa qovuşan Azərbaycan” adı altında ədəbi-bədii kompozisiya keçirilib.

Tədbir iştirakçılarına Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verilərək bildirilib ki, bir ölkənin, bir millətin, xalqın qürur günü vardırsa, o ölkə, onun milləti və xalqı xoşbəxtdir. Xoşbəxt ölkələr sırasında Azərbaycanımızın mövqeyini, xalqlar sırasında isə yerimizi müəyyən edən Azərbaycanın qürur günü onun Milli Qurtuluş Günüdür. Həmin gün, Azərbaycan dövlətinin və xalqının qəsbkarçıların istilasından, milli məfkurəsi olmayanların xətasından, siyasi savadsızların fəhmsizliyindən, xəyanətkar qüvvələrin bəd əməllərinin tilsimindən və bütün özündən müştəbeh uğursuzların oyunlarından parçalanmaq, yox ola bilmək və ya ən yaxşı halda assimilyasiyaya uğramaq təhlükəsindən qurtardığı gündür.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Məhz onun uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir.

Sonda məktəbin şagird kollektivi tərəfindən hazırlanmış səhnəciklər nümayiş olunub, şeirlər  və mahnılar səsləndirilib. 

 

44.2 KB

 

64.1 KB

 

61.7 KB