Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 3 nömrəli şəhər klubu filialında “15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar “Müstəqil vətənimlə fəxr edək” başlıqlı tədbir keçirilib.

12.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin 3 nömrəli şəhər klubu filialında “15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar  “Müstəqil vətənimlə fəxr edək” başlıqlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra çıxışlarda qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi proseslər, erməni təcavüzü, xarici qüvvələrin ölkəmizin parçalanması istiqamətində məkrli planları bir daha diqqətə çatdırılaraq ətraflı təhlil edilib. Qeyd olunub ki, belə bir vəziyyətdə xalqın ümid bəslədiyi ümummilli lider Heydər Əliyevə müraciət edilib. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik bərpa olunub, dövlət quruculuğuna, iqtisadi inkişafa start verilib və uğurlu nəticələr qazanılıb.

Vurğulanıb ki, bu yolu bizə bəxş edən, canı bahasına xalq və dövlət yolunda xilaskarlıq missiyasını öz üzərinə götürən parlaq şəxsiyyət, böyük siyasi xadim, Qurtuluş Gününün qəhrəmanı, Azərbaycan xalqının əsl milli qəhrəmanı ölməz Heydər Əliyevdir. Biz Heydər Əliyevin tutduğu yolun davamçılarıyıq və bu yolun bayraqdarı olan, Heydər Əliyev zəkasında doğulan, xalqımızı inamla işıqlı, nurlu sabaha aparan ölkə rəhbərimizin arxasınca bu yolla addımlayırıq.

Sonda məktəblilər Ulu Öndərə, doğma Azərbaycana həsr edilən şeirlər söyləyiblər.

 

173.9 KB

 

101.6 KB

 

90.3 KB