Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 2 nömrəli şəhər klubu filialında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azad, müstəqil ölkəm” başlıqlı tədbir keçirilib.

13.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin 2 nömrəli şəhər klubu filialında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azad, müstəqil ölkəm” başlıqlı tədbir keçirilib.

Tədbirdə bu əlamətdar gün barədə iştirakçılara geniş məlumat verilərək, qeyd edilib ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Respublikanın qarşısında duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

 

141.3 KB

 

162.4 KB

 

147 KB