Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Bala Göyüşlü kənd Folklor klubu filialı Bala Göyüşlü kənd Yaradıcılıq Evi ilə birlikdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azad məmləkətim” adlı tədbir təşkil edib.

13.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin Bala Göyüşlü kənd Folklor klubu filialı Bala Göyüşlü kənd Yaradıcılıq Evi ilə birlikdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azad məmləkətim” adlı tədbir təşkil edib.

Dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışılaraq, bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil olub. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırılıb, sabitlik və iqtisadi inkişaf təmin edilib. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.

Tədbir konsert proqramı ilə davam edib.

 

312.9 KB

 

347.7 KB

 

310 KB