23.02.2021
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində Bərdə rayon MKS-nin Qaradəmirçi kitabxana filialı Azərbaycan tarixinin qanlı səhifələrindən olan 26 fevral 1992 - ci il Xocalı soyqırımının 29 - cu ildönümü ilə əlaqədar “Xocalı müsibəti” adlı videoçarx hazırlayıb.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş Xocalı Soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsidir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olmuşdur.
https://www.facebook.com/Barda.MCT/posts/4268096656557951