Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon Uşaq Musiqi Məktəbində 26 iyun - Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir keçirilib

27.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Uşaq Musiqi Məktəbində 26 iyun - Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri  giriş sözü ilə məktəbin direktoru Mahir Qədimov açaraq bildirib ki, 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Vurğulanıb ki, son illərdə Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.

Sonda tədbir konsert proqramı ilə davam edib.

 

298.5 KB

 

2 MB

 

421.1 KB