Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinin Xalq Musiqisi klubunda ”Mətin dayan Vətən oğlu” başlığı altında dəyirmi masa keçirilib.

27.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinin Xalq Musiqisi klubunda "Mətin dayan Vətən oğlu" başlığı altında dəyirmi masa keçirilib.

Tədbirə Mingəçevir şəhər "N" saylı Hərbi Hissənin zabit və əsgər heyəti dəvət olunub.

Çıxış edən klubun müdiri  Məsimov Firdovsi Silahlı Qüvvələr günü münasibətilə zabit və əsgərləri təbrik edərək, Respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə hər birinə uğurlar arzuladı.

Daha sonra "N" saylı Hərbi Hissənin zabiti çıxış edərək bildirdi ki, Azərbaycan ordusu regionun ən güclü ordusu olmaqla, yüksək peşəkar əsgər və zabit heyətinə malikdir.

Sonda qeyd olunub ki, Azərbaycanın güclü ordusu var və Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdırlar.

 

880.1 KB

 

758.1 KB

 

954.4 KB