Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordum varsa, yurdum var” adlı dəyirmi masa keçirilib

27.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordum varsa, yurdum var” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq qeyd edib ki, Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.

Diqqətə çatdırılıb ki, ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Belə ki, Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu yaradıldı. Cəbhə bölgələrinə gedən ali baş komandan Heydər Əliyev atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub.

 

1 MB

 

779.8 KB