Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər A.Şaiq adına 8 nömrəli li kitabxana filialında 26 iyun - Silahlı Qüvvələri Günü münasibətilə ”Ordu Dövlətin yenilməz gücüdür” mövzusunda dəyirmi masa keçirilib

27.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər A.Şaiq adına 8 nömrəli li kitabxana filialında 26 iyun - Silahlı Qüvvələri Günü münasibətilə "Ordu Dövlətin yenilməz gücüdür" mövzusunda dəyirmi masa keçirilib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra Silahlı Qüvvələr təşkil edilib, ölkəmiz işğaldan, xarici müdaxilələrdən, düşmən qüvvələrdən müdafiə olunmağa başlanıb. Xalq Cümhuriyyətinin süqutundan sonra 70 illik bir müddətdə milli ordu, milli silahlı qüvvələr məfhumu yalnız xatirələrdə yaşayıb.

Sonda qeyd edilib ki, yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğu prosesi başlanıb. Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb və regionun ən qüdrətli silahlı qüvvələri səviyyəsindədir. Bu gün Azərbaycan arsenalında ən müasir silahlar olan peşəkar orduya malikdir.

 

68.9 KB

 

95.4 KB