Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər M.Müşfiq adına 10 nömrəli kitabxana filialında 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar ”Azərbaycan ordusu ən güclü ordular siyahısındadır” mövzusunda dəyirmi masa keçirilib

27.06.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər M.Müşfiq adına 10 nömrəli kitabxana filialında 26 iyun - Silahlı Qüvvələr Günü  ilə əlaqədar "Azərbaycan ordusu ən güclü ordular siyahısındadır" mövzusunda dəyirmi masa keçirilib.

Qeyd olunub ki, görkəmli dövlət xadimi, siyasətçi həm də peşəkar hərbçi olan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğu işləri yüksək peşəkarlıqla həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində başlatdığı işlər onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Sonda vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 2016-cı ilin Aprel döyüşləri, 2017-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla, 11 min hektar ərazinin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün və qüdrətinin göstəricisi kimi ­dəyərləndirilib. 

 

143.3 KB

 

133.4 KB