Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxana Azərbaycanın Milli Qəhrəmanı Həsənov Məhəmməd Ələsgər oğlunun anadan olmasının 60 illiyi ilə əlaqədar “Qəhrəmanın döyüş yolu” mövzusunda tədbir keçirib

09.08.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxana 

Azərbaycanın Milli Qəhrəmanı Həsənov Məhəmməd Ələsgər oğlunun anadan olmasının 60 illiyi ilə əlaqədar “Qəhrəmanın döyüş yolu” mövzusunda tədbir keçirib.

 

Qeyd olunub ki, Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunmuşdur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etmişdir. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra hərbi hissədə xidmətini davam etdirmişdir. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi.

Sonda vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 

305.4 KB